“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin sədri, Belediyye.info saytının təsisçisi Vüqar Tofiqlinin iştirakıyla növbəti görüş Sabunçu rayonu Bilgəh bələdiyyəsində keçirilmişdir. Bilgəh bələdiyyəsinin sədri Təyyar ibadovla keçirilən görüşdə bələdiyyənin qarşılaşdığı problemləri, əldə etdiyi uğurları və perspektiv inkişaf istiqamətləri müzakirə edilmişdir.
“Bu gün bələdiyyənin hər hansı bir quruma borcu yoxdur. Borcun olmaması və seçicilərin müraciətlərini vaxtında həyata keçirmək üçün bələdiyyənin 11 nəfərlik kollektivi ciddi şəkildə çalışır”- bu fikirləri görüşdə Bilgəh bələdiyyəsinin sədri Təyyar ibadov bildirib.
Sədr daha sonra qeyd edib ki, bildirişləri vergi ödəyicilərimizə çatdırsaq da bir çox hallarda sakinlər məsuliyyətlə buna yanaşmır və nəticədə bələdiyyəyə ödənilməli vergi yığılmamış qalır. Hazırda bələdiyyədə 5.400 vergi ödəyicimiz var. Bunların 3.600 çıxarışı olan vergi ödəyicisinin yalnız 2450-ü vergisini vaxtında ödəyir.
Ötən il iri vergi borcu olan vergi ödyicilərinin 50 nəfəri haqqında məlumatı akta əsasən icra şöbəsinə göndərilib. Nəticədə az müddət ərzində 8000 manatdan artıq maliyyə vəsaitini büdcəyə cəlb edə bildik.
Görüşdə bildirildi ki, bələdiyyənin xəritəsi müzakirə edilərək düzəlişlərlə birgə müvafiq orqanlara qaytarılsa da təəssüf ki, bu günədək bələdiyyəyə təqdim edilməyib.
Hazırda bələdiyyə ərazisində olan otellərin vergi ödənməsində hər hansı problemlə üzləşməmişik. “Bilgəh Kardiologiya sanatoriyasıyla” müəyyən problem yaşansada onu da danışıqlar yoluyla həll etməkdəyik.
Görüşdə qarşılıqlı maraq dorğuran suallar cavablandırılmış, fəaliyyətin Bələdiyyələrlə iş mərkəzinin tövsiyələrinə uyğun qurulması tövsiyə edilmişdir.
Belediyye.info
|
|
|
|